Mingəçevir şəhərinin Baş planının yekun layihəsinin ictimai müzakirəsi keçirilmişdir

08 aprel 2016

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “R.İ.S.K.” Elmi İstehsalat Şirkəti Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Mingəçevir şəhərinin Baş planı layihəsinin işlənilməsi başa çatdırılmışdır.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun olaraq 05 aprel 2016-cı il tarixində Mingəçevir şəhərində baş planın yekun layihəsinin ictimai müzakirəsi keçirilmişdir.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, R.İ.S.K. Elmi İstehsalat Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin, Mingəçevir şəhəri İcra Hakimiyyəti Aparatının rəhbərliyinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

İctimai müzakirədə Mingəçevir şəhərinin yeni baş planın işlənilməsi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir.

Tədbirin sonunda Mingəçevir şəhərinin 2033-cü ilədək olan dövrə hesablanmış yeni baş plan layihəsinin məqbul sayılmaqla təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilmişdir.

FOTOŞƏKİLLƏR




geriyə