Qusar şəhərinin Baş planının yekun layihəsinin ictimai müzakirəsi keçirilmişdir

12 aprel 2016

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Baş Dövlət Layihə İnstitutu tərəfindən Qusar şəhərinin Baş planı layihəsinin işlənilməsi başa çatdırılmışdır.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun olaraq 07 aprel 2016-cı il tarixində Qusar şəhərində baş planın yekun layihəsinin ictimai müzakirəsi keçirilmişdir.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Baş Dövlət Layihə İnstitutunun, Qusar şəhəri İcra Hakimiyyəti Aparatının rəhbərliyinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

İctimai müzakirədə Qusar şəhərinin yeni baş planın işlənilməsi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir.

Tədbirin sonunda Qusar şəhərinin 2033-cü ilədək olan dövrə hesablanmış yeni baş plan layihəsinin məqbul sayılmaqla təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilmişdir.

FOTOŞƏKİLLƏR




geriyə