Komitədə BMT-nin Sənaye İnkişafı Təşkilatının ekspertləri ilə görüş keçirilmişdir

14 oktyabr 2016

Oktyabrın 14-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Azərbaycanda səfərdə olan BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) ekspertlərindən ibarət nüməyəndə heyəti ilə görüş keçirilmişdir.

Komitənin Aparat rəhbəri Ağamirzə Canmirzəyev Komitənin yaranma tarixi, fəaliyyəti, o cümlədən ölkəmizdə Komitənin fəaliyyət istiqamərləri üzrə görülmüş işlər və əldə olunmuş nəticələr barədə məlumatları diqqətə çatdırdı.

Səmimi qəbul və Komitənin fəaliyyəti barədə verilən geniş məlumatlar üçün minnətdarlığını bildirən nümayəndə heyətinin eksperti Luc Sollier-Bresset səfərin məqsədi barədə danışaraq bildirdi ki, UNİDO tərəfindən “Yeni İpək Yolu İqtisadi Kəmərində əhatəli və davamlı sənaye inkişafının sürətləndirilməsi: Azərbaycanda, Tacikistanda, Türkmənistanda və Özbəkistanda sənaye parklarının potensialından istifadə” adlı regional layihənin məqsədi sənaye parklarının planlaşdırılması, inkişafı və tamamlanması istiqamətində siyasi alətlərin təkmilləşdirilməsi ilə bağlı tərəfdaş ölkələrə köməklik göstərilməsi, regional əməkdaşlıq və inteqrasiya vasitəsilə əhatəli və davamlı sənaye inkişafının sürətləndirilməsidir. Bu məqsədlə keçirilən görüşlərdə əsasən sənaye zonaları ilə bağlı Azərbaycanda mövcud vəziyyət, hüquqi çərçivə, zonaların planlaşdırılması, beynəlxalq və milli strategiyalar, şəhərsalma baxımından zonaların təşkili, idarəolunması və sair məsələlər müzakirə olunur

Görüşdə Ekspertləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılmış və maraq doğuran suallar cavablandırılmışdır.

FOTOŞƏKİLLƏR




geriyə