Göygöl şəhərinin Baş planının yekun layihəsinin ictimai müzakirəsi keçirilmişdir

18 noyabr 2016

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanan Göygöl şəhərinin Baş planı layihəsinin işlənilməsi başa çatdırılmışdır.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun olaraq 15 noyabr 2016-cı il tarixində Göygöl şəhərində baş planın yekun layihəsinin ictimai müzakirəsi keçirilmişdir.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, icraçı təşkilat olan “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun nümayəndələri, Göygöl şəhəri İcra Hakimiyyəti Aparatının rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

İctimai müzakirədə tədbir iştirakçıları tərəfindən Göygöl şəhərinin yeni baş planın işlənilməsi yüksək qiymətləndirilmişdir.

Tədbirin sonunda Göygöl şəhərinin 2033-cü ilədək olan dövrə hesablanmış yeni baş plan layihəsinin məqbul sayılmaqla təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilmişdir.

FOTOŞƏKİLLƏR




geriyə