Xocalı soyqrımından 23 il ötür

26 fevral 2015

Fevralın 26-da Xocalı soyqrımının 23-cü ildönümü ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsində tədbir keçirilmişdir.

Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Komitənin sədri Abbas Ələsgərov tədbiri giriş sözüylə açaraq bildirdi ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı faciəsini Azərbaycan xalqı heç vaxt unutmayacaq. Hər il Azərbaycanda və dünyanın bir çox ölkəsində bununla əlaqədar tədbirlər keçirilir və Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətin soyqrım kimi tanıdılması üçün geniş işlər aparılır.

Sonra Komitənin Kollegiya katibi Oqtay Salamov Xocalı faciəsinin tarixi, səbəb və məqsədləri, həmçinin bu faciənin qurbanları haqqında geniş məruzə ilə çıxış etdi və qeyd etki ki, Erməni separatçılarının Dalıq Qarabağı Ermənistana birləşdirmək məqsədi ilə Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri bu soyqırım cinayəti miqyas baxımından ən dəhşətlisidir. Bu soyqırım nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyulmuş, 487 nəfər ağır yaralanaraq əlil olmuş, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüş, 8 ailə və 3 nəsil tamamilə məhv edilmişdir.

O.Salamov Ümummill Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevral ayının 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edildiyini vurğuladı və əlavə etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı faciəsinin dünya birliyinə catdırılması üçün bütün istiqamətlərdə ardıcıl olaraq tədbirlər həyata keçirir.

Sonda isə Xocalı soyqrımından bəhs edən film nümayiş olunmuşdur.




geriyə