Şəhərsalma və tikintiyə dair 3 normativ sənədin birinci redaksiyasının layihəsi hazırlanmışdır

30 noyabr 2016

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Ərazilərin bina və qurğuların sürüşmə və uçqunlardan mühəndis mühafizəsi. Əsas müddəalar”, “Anbar binaları. Layihələndirmə normaları”“Avtonom istilik təchizatı mənbələrinin layihələndirilməsi Qaydaları” normativ sənədlərinin birinci redaksiyalarının layihələri hazırlanmışdır.

Marağı olan fiziki və hüquqi şəxslər normativ sənədlərin layihələri ilə bağlı öz irad və təkliflərini 15.01.2017-ci il tarixinədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə bildirə bilərlər.

 

Əlaqələndirici şəxs – Sevinc Hacıyeva (Telefon: 595-94-33)




geriyə