Komitənin sədri Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

05 dekabr 2016

Dekabrın 5-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul etdi.

Səfir əvvəlcə Komitənin inzibati binasında yerləşən Bakı şəhərinin mərkəzi hissəsinin maketi ilə tanış oldu və ona Bakı şəhərinin mərkəzi hissəsində həyata keçirilmiş və planlaşdırılmış layihələr barədə məlumat verildi.

Komitə sədri Abbas Ələsgərov səfiri salamladıqdan sonra ölkəmizdə, o cümlədən paytaxt Bakıda həyata keçirilən tikinti quruculuq işləri və ərazi planlaşdırması sahəsində görülən tədbirlər barədə danışdı.

Səfir Erkan Özoral səmimi qəbul üçün təşəkkürünü bildirdi və iki qardaş ölkə arasındakı münasibətlərin yüksək olduğunu qeyd edərək, digər sahələrlə yanaşı şəhərsalma sahəsində də əməkdaşlığın bundan sonra da inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

 Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

FOTOŞƏKİLLƏR




geriyə