Komitədə Qazaxıstanın dövlət məmurları ilə görüş keçirilmişdir

23 yanvar 2015
 

Yanvarın 23-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Qazaxıstanın paytaxtı Astana şəhərinin yerli icra hakimlərinin müavinlərindən ibarət nümayəndə heyəti ilə ilə görüş keçirilmişdir.

Nümayəndə heyətini salamlayan Komitənin Aparatının rəhbəri Elmar Hüseynzadə Komitənn fəaliyyət istiqamətləri və görülən işlər, o cümlədən Böyük Bakının Regional İnkişaf Planı layihəsi və nəzərdə tutulmuş işlər barədə qonaqlara məlumat verdi.

Qonaqlar səmimi qəbul üçün minnətdar olduqlarını bildirdilər və qeyd etdilər ki, səfərin məqsədi Azərbaycanda aparılan abadlıq və yenidənqurma işləri, həmçinin ərazi planlaşdırılması sənədləri, xüsusən də Böyük Bakının Regional İnkişaf Planı layihəsi ilə tanış olmaq və bu sahədə Azərbaycanın təcrübəsini öyrənməkdir.

Görüşdə qonaqları maraqlandıran suallar cavablandırdı və xatirə şəkli çəkdirildi.

 




geriyə