Xocalı soyqrımından 25 il ötür

24 fevral 2017

Fevralın 24-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Xocalı soyqrımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözüylə Komitənin sədri Abbas Ələsgərov açaraq bildirdi ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqrımını Azərbaycan xalqı heç vaxt unutmayacaq.

Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Komitənin əməkdaşı Zahid Babayev Xocalı faciəsinin tarixi, səbəb və məqsədləri, həmçinin acı nəticələri və bu faciənin beynəlxalq aləmdə soyqırım kimi tanınması üçün atılan addımlar və nəticələr haqqında geniş məruzə ilə çıxış etdi.

Komitənin digər əməkdaşları da çıxış edərək faciə haqqında təəssüratlarını və xatirələrini tədbir iştirakçıları ilə bölüşərək bu qəddarlığı heç vaxt unutmayacaqlarını bildirdilər.

Sonda isə Xocalı soyqrımından bəhs edən film nümayiş olunmuşdur.

FOTOŞƏKİLLƏR




geriyə