Komitədə 2014-cü ilin yekunlarına həsr olunmuş Kollegiya iclası keçirilmişdir

21 yanvar 2015

Yanvarın 21-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Komitənin 2014-cü il üzrə fəaliyyətinin müzakirəsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyevin tapşırıqlarının icrasını təmin etmək məqsədilə geniş Kollegiya iclası keçirilmişdir.

İclasda Komitənin 2014-cü ilin yekunları üzrə hesabatı dinlənildikdən sonra qarşıda duran vəzifələr müzakirə olunmuş və müzakirə olunmuş məsələlər, o cümlədən ərazi planlaşdırma sənədlərinin vaxtında və keyfiyyətlə işlənilib hazırlanmasına nəzarətin daha da artırılması barədə qərarlar qəbul edilmişdir.




geriyə