Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü qeyd edilib

10 may 2017

Mayın 10-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözüylə Komitənin sədri Abbas Ələsgərov açdıqdan sonra çıxış edən Komitənin Aparat rəhbəri Ağamirzə Canmirzəyev Ulu öndərin anadan olmasının 94-cü ildönümü nəinki ölkəmizdə, həmçinin ölkə hüdudlarından kənarda təntənəli qeyd olunur, müxtəlif konfranslar və yığıncaqlar keçirildiyini bildirdi və qeyd etdi ki, Ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olmuşdur, onlardan ən böyüyü Azərbaycanın müstəqilliyinin, suverenliyinin qorunub saxlanmasıdır.

A.Canmirzəyev vurğuladı ki, Heydər Əliyevin xilaskar missiyası olmasaydı 1918-ci ildə yaranmış Azərbaycan Xalq cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdiyi halda, onun varisi kimi yaranan Azərbaycan Respublikasının müstəqilliyi daha qısa ola bilərdi. Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanda yaranmış siyası hərc-mərclik, özbaşınalıq, xaos və vətəndaş qarşıdurması Azərbaycanın nəinki müstəqilliyini, həmçinin Azərbaycanın bir ölkə kimi varlığını sual altına qoymuşdu. Belə bir çətin məqamda Ulu öndər xalqın səsinə səs verərək Bakıya qayıtdı və ölkəni siyasi böhrandan çıxartmaq üçün zəruri tədbirlər görərək sübut etdi ki, Azərbaycanın müstəqilliyi əbədi, sarsılmaz və dönməz olacaqdır. Bu gün biz Ulu öndərin həmin tezislərinin həyata keçməsinin canlı şahidləriyik. Azərbaycanın adı artıq tanınmış dövlətlərin sırasında çəkilir və Azərbaycan möhtərəm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ümummilli lider Heydər Əliyevin siyası kursu bütün sahələrdə Heydər Əliyev işinin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra Komitə üzrə YAP ərazi ilk təşkilatının sədri Zahid Babayev geniş məruzə ilə çıxış edərək Ümummilli liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən danışdı.

Digər çıxışçılar müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat yolundan, apardığı uğurli daxili və xarici siyasətdən, təhsil və kadr siyasətindən, şəhərsalma və tikinti ilə bağlı gördüyü işlərdən, vətən və xalq qarşısındaki digər tarixi xidmətlərindən  və bunun nəticəsi olaraq Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan nailiyyətlərdən bəhs ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirildi.

Tədbirin sonunda Komitənin sədri Abbas Ələsgərov tərəfindən Ümummilli Liderimizin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş Komitə əməkdaşlarına partiya vəsiqələri təqdim olundu.

FOTOŞƏKİLLƏR




geriyə