Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatı

19 may 2017

12 may 2017-ci il tarixdə saat 08:33-də "Dia.az" saytında müəllifi guya “Matilda Məhərrəmova” uydurma adlı Sovetski sakini olan “Büdcə pullarının mənimsənildiyi daha bir ünvan-ŞOK FAKTLAR” başlıqlı Dövlət Şəhərsalma və Arxitektrura Komitəsi barədə əsassız və həqiqəti əks etdirməyən,  tamamilə yalan, böhtan xarakteri daşıyan məqalə dərc edilmişdir.

Komitənin kollektivi qeyd olunan məqalə ilə tanış olduqdan sonra məqalədə yazılanları müzakirə edib bir nəticəyə gəlmək üçün  məqaləni göndərən “Matilda Məhərrəmova” və onun telefon əlaqəsi yaratdığı Komitə əməkdaşı barədə məlumat almaq məqsədi ilə Komitə tərəfindən sayta müraciət edilsə də heç bir məlumat almaq mümükün olmamışdır.

"Dia.az" saytı sözügedən məqalədə yazılanların əsassız, həqiqətə uyğun olmaması, məlumatların dəqiqləşdirmədən və təsdiqlənmədən verilməsi barədə Komitənin fikirləri ilə razılaşdığını bildirərək qeyd olunan məqalənin yayımını 12 may saat 14 radələrində dayandırsa da, təəssüf ki, bir sıra saytlar Komitənin işgüzar nüfuzuna və onun əməkdaşlarının şərəf və ləyaqətinə xələl gətirən yalan yazılarla çoxsaylı oxucu kütləsi toplamaq məqsədi ilə həmin yazını öz saytlarında müxtəlif tarixlərdə dərc etməyə davam edirlər.

Əgər biz bu anonim yazının müəlliflərini tanısaydıq, onları dövlət orqanlarının nümayəndələri ilə Komitənin ümümi iclasına dəvət edərdik və qeyd olunanların hamısını müzakirə edib nəticəyə gələrdik.

Eyni zamanda bildiririk ki, məqalə müəllifinin özünü təqdim etdiyi “Matilda Məhərrəmova” adlı şəxsdən Komitəyə heç bir məktub daxil olmamış və məlum olmuşdur ki, məqalə anonimdir.

Bütünlüklə yalan və böhtan olan belə anonim məqalə barədə hər hansı bir polemika aparılmasını və ya təkzib verilməsini lazımsız hesab edirik.

 

Komitənin kollektivi




geriyə