Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatı

22 iyun 2017

 

Son vaxtlar bəzi saytlarda Dövlət Şəhərsalma və Arxitektrura Komitəsi barədə əsassız və həqiqəti əks etdirməyən,  tamamilə yalan, böhtan xarakteri daşıyan anonim məqalələr dərc edilir.

Əfsuslar olsun ki, həmin saytlarda işləyən “Yazarlar” qərəzli mövqedən çıxış edərək şər və böhtan dolu anonim məqalələri heç bir araşdırma aparmadan, məsələyə obyektiv yanaşmadan dərc edərək Komitənin ictimai-işgüzar fəaliyyətinə xələl gətirməklə, ictimai fikri yayındırmaq məqsədini güdür. İllərlə uzun həyat təcrübəsi keçmiş və mütəxəssis kimi yetişmiş Komitə əməkdaşlarının şərəf və ləyaqətinə hörmət etmədən öz çirkin niyyətlərini həyata keçirməklə, Komitənin cəmiyyətdə formalaşmış müsbət imicinə zərbə vurmaqla məşğuldurlar. Bu da Komitə əməkdaşlarının, tabe təşkilatların və habelə tikinti kompleksi işçilərinin haqlı narazılıqlarına səbəb olmuşdur.

Saytlar tərəfindən yazılan məqalələrdə insanlarda ikrah hissi yaradan, lüzumsuz, heç bir əsası olmayan, şər və böhtanla dolu ifadələrin qeyri peşəkar, həqiqətə uyğun olmadığını nəzərə alaraq onlara şərh vermək və hər-hansı polemika  aparmaq niyyətində deyilik və bunu lüzumsuz hesab edirik. Ona görə şərh vermək niyyətində deyilik ki, məqalənin anonim olduğu hər kəsə məlumdur. Məqalənin müəllifi yalan ad və soyadları ilə çıxış edir, ünvan və əlaqə vasitələrini göstərmir.

 

Komitənin kollektivi.




geriyə