Şəmkir şəhərinin Baş planının yekun layihəsinin ictimai müzakirəsi keçirilmişdir

21 sentyabr 2017

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “RİSK” Elmi İstehsalat Şirkəti Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanan  Şəmkir şəhərinin Baş plan layihəsinin işlənilməsi başa çatdırılmışdır.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun olaraq 20 sentyabr 2017-ci il tarixində Şəmkir şəhərində baş planın yekun layihəsinin ictimai müzakirəsi keçirilmişdir.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, icraçı təşkilat olan “RİSK” Elmi İstehsalat Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri, Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

İctimai müzakirədə tədbir iştirakçıları tərəfindən Şəmkir şəhərinin yeni baş planın işlənilməsi yüksək qiymətləndirilmişdir.

Tədbirin sonunda Şəmkir şəhərinin 2035-ci ilədək olan dövrə hesablanmış yeni baş plan layihəsinin məqbul sayılmaqla təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilmişdir.

FOTOŞƏKİLLƏR




geriyə