20 yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsində anım tədbiri keçirilmişdir

19 yanvar 2015

Yanvarın 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.

Tədbirdə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Komitənin sədri Abbas Ələsgərov çıxış edərək 20 yanvar faciəsinin Azərbaycan xalqı üçün həm faciə, həm də qəhrəmanlıq səhifəsi olduğunu bildirmiş və geniş məruzə ilə çıxış etmək üçün sözü Komitənin Aparatının rəhbəri Elmar Hüseynzadəyə vermişdir.

Elmar Hüseynzadə 20 yanvar faciəsinin tarixi, səbəbləri, səbəbkarları və nəticələri haqqında danışmış və qeyd etmişdir ki, 1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən rəvac verilməsi və o vaxtkı rəhbərliyin bu hadisələrə göz yumması milli azadlıq hərəkatını alovlandırmışdı. Moskva isə erməni separatcılarını cəzalandırmaq əvəzinə azadlıq mübarizəsinə qalxmış Azərbaycan xalqını qorxutmaq üçün Bakıda və respublikanın rayonlarında qırğınlar törətmişdir.

1990-cı il yanvarın 18-də respublika rəhbərliyi çıxış edərək fövqəladə vəziyyətin elan olunmayacağını bildirsə də yanvarın 19-da "Bakı şəhərində fovqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman qəbul edilmişdir. Fovqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq bu barədə xalqa yanvarın 20-də səhər 6-da zirehli maşınlardan səsləndirilərək bildirilmişdir. Qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Turkan-Qala tərəfdən şəhərə yeridilmiş və həmin gecə Sovet ordusunun Bakıya yeridilməsinə qarşı çıxan 121 nəfər, yanvarın 20-də və sonrakı gunlərdə törədilmiş qırğınlar nəticəsində isə ümumilikdə Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin muxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdır. Hərbi qulluqcular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cumlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı gullələrin torətdiyi yanğınlar nəticəsində kulli miqdarda dovlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

E.Hüseynzadə 20 Yanvar faciəsi və bu faciəyə dovlət səviyyəsində tam siyasi-huquqi qiymət verilməsi sahəsində umummilli lider Heydər Əliyevin atdığı qətiyyətli addımlardan və faciə qurbanlarının xatirəsinin əbədiləşdiriliməsi ilə bağlı görülmüş işlər haqqında danışaraq bildirdi ki, yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi numayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda cıxış etmiş, əliyalın xalqın qırılmasını huquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin gunahı uzundən yol verilmiş kobud siyasi səhv kimi ifşa etmişdir. Heydər Əliyevin təşəbbüsü ilə Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi inşa olunmuş və «20 Yanvar Şəhidi» fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə imzalanmış fərmanına əsasən 147 nəfərə indiyədək "20 Yanvar şəhidi" fəxri adı verilmişdir. 20 yanvar şəhidlərinin xatirələrinin əbədləşdirilməsi və faciə qurbanlarının ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində işlər bu gün də Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu davamçısı Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilir.

Tədbirdə Komitənin Kollegiya katibi Oqtay Salamov və Şəhərsalma kadastrı şöbəsinin müdiri Tofiq Quliyev 20 yanvar faciəsi ilə bağlı çıxış edərək faciə haqqında təəssüratlarını və xatirələrini tədbir iştirakçıları ilə bölüşmüş və bu faciənin daha dərindən öyrənilərək gələcək nəsillərə örnək kimi çatdırılmasının vacibliyini vurğulamışlar.




geriyə