Komitədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılmışdır

11 dekabr 2014

Dekabrın 11-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilmişdir.

Mərasimdə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Komitənin Aparatının rəhbəri Elmar Hüseynzadə Ümummilli Lider Heydər Əliyevin ölkəmiz üçün göstərdiyi misilsiz xidmətlərdən danışdı və qeyd etdi ki, xalqın Ümummilli Lideri səviyyəsinə yüksələn Heydər Əliyev daxili və xarici siyasətin formalaşmasında öz təsirini göstərə bilən şəxsiyyət idi.

Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu və Komitənin Hüquq sektorunun müdiri Hüseyn Əzimov geniş məruzə ilə çıxış edərək dahi siyasətçinin Azərbaycan dövlətinə rəhbərliyindən, dövlətçiliyin möhkəmləndirilməsi və iqtisadiyyatın inkişafı sahəsində əvəzsiz rolundan, neft siyasətindən, qeyri-neft sektorunun inkişafı və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün gördüyü işlərdən söhbət açmış və bildirmişdir ki, Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.




geriyə