Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Dünya Bankının Azərbaycan üzrə ölkə menecerini qəbul etdi

08 may 2018

08 may 2018-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvini qəbul edib.

Görüşdə qurumlar arasında şəhərsalma planlaşdırılması sənədlərinin hazırlanması üzrə uzunmüddətli uğurlu əməkdaşlıq tarixçəsinin mövcudluğunun önəmi qeyd edildi, gələcəkdə birgə reallaşdırılması mümkün olan layihələrin potensial istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparıldı.

 

 

FOTOŞƏKİLLƏR




geriyə