Komitənin Dünya Bankı ilə davamlı əməkdaşlığı müzakirə olunur

09 dekabr 2014

Dekabrın 9-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov “Böyük Bakının Regional İnkişaf Planı” layihəsinin komponentləri üzrə işlərin davam etdirilməsinin müzakirəsi məqsədilə Dünya Bankının İnfrastruktur üzrə baş mütəxəssisi Hacı Hüseynov, Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə aparıcı mütəxəssisi Manuel Mariono və Dünya Bankının Qafqaz üzrə regional ofisinin şəhərsalma üzrə mütəxəssisi Ahmed Ayveydanı qəbul etmişdir.

Qonaqları salamlayan A.Ələsgərov əvvəlcə “Böyük Bakının Regional İnkişaf Planı” layihəsi üzrə görülmüş işlərdən danışdı və bildirdi ki, artıq layihə üzrə işlər tamamlanaraq təsdiq olunması üçün Nazirlər Kabinetinə göndərilmişdir.

Daha sonra Komitənin Dünya Bankı ilə ərazi planlaşdırma sənədlərinin hazırlanması üzrə Komitənin Bakı Dövlət Layihə İnstitunun və yerli mütəxəssislərin potensialının gücləndirilməsi, həmçinin müəyyən ərazilərin müfəssəl planlarının hazırlanması sahəsində əməkdaşlığın davam etdirilməsi müzakirə edilmişdir.




geriyə