İtalyan şirkətləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq niyyətindədir

01 dekabr 2014

Dekabrın 1-də İtaliyanın Udine şəhərinin Ticarət Palatasının Koordinatoru Omar Londero və Palatanın heyətinin üzvü Franko Buttazzodan ibraət nümayəndə heyəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsində olmuşdur.

Nümayəndə heyətini Komitənin Aparatının rəhbəri Elmar Hüseynzadə qəbul edərək onları salamladı və Komitənin fəaliyyət istiqamətləri, gördüyü işlər haqqında danışdı.

Görüşün keçirilməsinə görə minnətdarlığını bildirən qonaqlar Udine şəhərində layihələndirmə fəaliyyəti ilə məşğul olan şirkətlərin Komitə ilə əməkdaşlıqda maraqlı olduğunu bildirdi.




geriyə