Komitənin sədri Samir Nuriyev Latviyanın Azərbaycandakı səfirini qəbul edib

12 sentyabr 2018

12 sentyabr 2018-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsu qəbul etmişdir.

Görüş zamanı Azərbaycan və Latviya arasında şəhərsalma, memarlıq və tikinti sahəsində gələcək əməkdaşlığın perspektivləri və birgə reallaşdırılması mümkün olan layihələr barədə fikir mübadiləsi aparılmışdır.




geriyə