Komitədə İspaniyanın şəhərsalma mütəxəssisləri ilə görüş keçirilmişdir

25 noyabr 2014

Noyabrın 25-də İspaniyanın “MS&F Associates” şirkətinin direktoru Luis Serranonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində olmuşdur.

Komitənin Aparatının rəhbəri Elmar Hüseynzadə qonaqları salamladıqdan sonra onlara Komitənin fəaliyyət istiqamətləri və gördüyü işlər, həmçinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq şəhərsəlma sənədlərinin növləri və onların icraçıları barədə məlumat vermişdir.

Şirkətin direktoru Luis Serrano səmimi qəbul üçün təşəkkür etmiş və bildirmişdir ki, layihələndimə və tikinti sahəsində təcrübəsi və gördüyü işlərlə İspaniyanın aparıcı şirkətlərindən biri olan “MS&F Associates” şirkəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlıdır.

Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunaraq hər iki tərəfi maraqlandıran sullar cavablandırılmışdır.




geriyə