Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Dünya Bankının nümayəndə heyətini qəbul etmişdir

19 noyabr 2014

Noyabrın 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Dünya Bankının İpoteka Bazarının İnkişafı üzrə Maliyyə Məsləhəti Missiyasının nümayəndələrini qəbul etmişdir.

Angela Priqojina və Andrey Milyutininin daxil olduğu nümayəndə heyətini salamlayan A.Ələsgərov görüşün keçirilməsindən məmnun olduğunu bildirdi və Komitənin fəaliyyət istiqamətləri və gördüyü işlər barədə məlumat verdi.

Görüşdə Azərbaycanın ipoteka bazarının inkişafını təmin etmək üçün görülə biləcək işlər və mövcud problemlər müzakirə olunaraq qonaqları maraqlandıran suallar cavablandırıldı.




geriyə