“Avtomobil dayanacaqları” normativ sənədinə dəyişiklik edilmişdir

30 sentyabr 2014

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 30 sentyabr 2014-cü il tarixdə keçirilən Kollegiya iclasında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.9-cu maddəsinə uyğun olaraq şəhərsalma və tikintiyə dair normativ sənədlərin təkmilləşdirilməsi üzrə müzakirələr aparılmışdır. 
Müzakirələrin nəticəsi olaraq Kollegiya iclası qərara almışdır ki, AzDTN 2.7-1 “Avtomobil dayanacaqları” normativ sənədin tələblərinin təkmilləşdirilməsi məqsədilə qeyd olunan normativ sənədinə Dəyişiklik № 1 təsdiq edilsin və 01 oktyabr 2014-cü il tarixdən qüvvəyə minsin.




geriyə