BMT-nin nümayəndələri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində olmuşlar

25 avqust 2014

Avqustun 25-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Abbas Ələsgərov Xarici İşlər Nazirliyinin müraciəti əsasında BMT-nin İnsan Hüquqları Şurasının Biznes və İnsan hüquqları üzrə işçi qrupunun üzvlərini qəbul etmişdir. 
Komitə sədri işçi qrupun üzvlərindən Puvan Selvanthan və Pavel Sulyandriganın, elecə də BMT-nin İnsan hüquqları üzrə Ali Komisarlığının əməkdaşları Ulrik Halsteen və Peter Hallın daxil olduğu nümayəndə heyətini salamlamış və görüşün keçiriilməsindən məmnun olduğunu bildirmişdir. 
Abbas Ələsgərov qonaqlara komitənin fəaliyyət istiqamətləri və bu sahədə insan hüquqlarının müdafiəsilə bağlı görülən işlər, nəzərdə tutulan tədbirlər haqqında geniş məlumat verdi. Qonaqların sualları da ətraflı cavablandırıldı. 
Qonaqlar səmimi qəbula görə öz minnətdarlığını bildirdilər.




geriyə