Astanada MDB inşaatçılarının XXXVI iclası keçirilmişdir

03 iyun 2014

Mayın 29-30-da Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində MDB-yə üzv dövlətlərin inşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökümətlərarası Şuranın XXXVI iclası keçirilmişdir.

Azərbaycan, Moldova, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Rusiya Federasiyasının inşaat fəaliyyəti üzrə aidiyyəti dövlət orqanlarının təmsil olunduğu iclasda MDB İcraiyyə Komitəsinin nümayəndəsi, MDB-yə üzv dövlətlərin inşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökümətlərarası Şuranın Katibliyinin rəhbəri və "Бюллетень строительной техники" jurnalının baş redaktoru iştirak etmişdir.

İclasda Azərbaycanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Elmar Hüseynzadə, Komitənin şöbə müdiri Ağamirzə Canmirzəyev və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin aidiyyəti mütəxəssislərinin daxil olduğu nümayəndə heyəti təmsil etmişdir.

İclasda tikinti və şəhərsalmaya aid müxtəlif məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.




geriyə