Komitədə Heydər Əliyevin 91 illiyi qeyd olundu

08 may 2014

Mayın 8-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbir keçirilmişdir.

Əvvəlcə Komitənin rəhbərliyi və kollektivi Heydər Əliyevin Komitənin inzibati binasında yerləşən büstü önünə tər çiçəklər qoydu.

Tədbiri giriş sözüylə Komitənin sədri Abbas Ələsgərov açdıqdan sonra Ulu Öndərin həyat və fəaliyyətini, keçdiyi ömür yolunu əks etdirən film nümayiş etdirildi.

Daha sonra tədbirdə çıxış edən Komitənin şöbə müdiri C.Qocayev Heydər Əliyevlə bağlı xatirələrdən, onun vətən, xalq qarşısındakı tarixi xidmətlərindən danışdı və bildirdi ki, Heydər Əliyevin həyat və fəaliyyəti hələ çox öyrəniləcək.

C.Qocayev 8 may Şuşanın işğalı və 9 may Qələbə günü haqqında da danışaraq qeyd etdi ki, dünya alman faşizmi üzərində qələbə çaldığı kimi, Azərbaycan da lazım olan anda erməni faşizmi üzərində qələbə çalmağa qadirdir.

Tədbirdə həmçinin 10 aprel "İnşaatçılar Günü" münasibətilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təltif edilmiş Komitə əməkdaşlarına fəxri ad və medalları təqdim edildi.




geriyə