Aprelin 10-u Azərbaycanda “İnşaatçılar Günü” peşə bayramı kimi qeyd olunur

10 aprel 2014

Aprelin 10-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində İnşaatçılar Günü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Komitənin sədri Abbas Ələsgərov inşaatçıların, eləcə də inşaat sahəsinin ölkə üçün əhəmiyyətliliyini qeyd edərək 10 aprel İnşaatçılar günü münasibətilə inşaatçıların peşə bayramını təbrik etmiş və işində fərqlənən bir sıra Komitə əməkdaşlarını Fəxri fərmanla təltif etmişdir.

Tədbirdə çıxış edən Komitənin şöbə müdiri Mina Hüseynova da öz növbəsində inşaatçıları təbrik edərək ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu günün təsis olunmasının və ardıcıl olaraq hər il qeyd edilməsinin təqdirəlayiq hal olduğunu bildirmişdir.

Daha sonra Komitənin şöbə müdirləri Cahangir Qocayev və Yusif İbrahimli ölkəmizin günü-gündən gözəlləşməsində inşaatçıların rolundan danışmış və inşaatçı peşəsinin çətin və məsuliyyətli olmaqla yanaşı şərəfli bir peşə olduğunu, bu sahənin dərindən öyrənilməsinin vacibliyini vurğulayaraq inşaatçıları təbrik etmişlər. 




geriyə