Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı bir sıra Qaydalar təsdiq edilmişdir

13 mart 2014

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 sentyabr tarixli 246s nömrəli Sərancamının icrasını təmin etmək məqsədi ilə aşağıdakı qaydalar təsdiq edilmişdir:

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 28 noyabr tarixli 331 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi və baş planların monitorinqinin predmeti və həyata keçirilməsi Qaydası"

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 18 fevral tarixli 47 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları"

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 18 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikinti layihəsinin texnologiya bölməsinin hazırlanması tələb olunan tikinti obyektlərinin Siyahısı"

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar" .

Bundan başqa Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2012-ci il 04 dekabr tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş aşağıdakı Qaydalar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir:

-"Qanunvericilikdə nəzərdə tutulmuş normadan hündür hasarların inşasına yol verilən hallar";

-"Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"




geriyə