İtalya səfiri Dövlət Şəhərsalma və Arxitektura Komitəsində olmuşdur

17 fevral 2014

Fevralın 17-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Abbas Ələsgərov İtalyanın Azərbaycan Respublikasındakı səfiri cənab Giampaolo Cutillonu onun müraciəti əsasında qəbul etmişdir.

Görüşdə səfirə Azərbaycanda həyata keçirilən ərazi planlaşdırılmasının vəziyyəti barədə ümumi məlimat verilmiş, Böyük Bakının Regional İnkişaf Planı, həmçinin Müfəssəl planı barədə ayrı-ayrı detallar üzrə məlumat verilmişdir. Qonağa Azərbaycan Respublikasında layihə bazarının təşkili və subyektləri barədə də müvafiq məlumatlar verilmişdir. Qonağı maraqlandıran digər məsələlərə də aydınlıq gətirilmişdir. Görüşdə səfirin müavini və İTA-nın direktoru da iştirak etmişdir.

Səfir səmimi qəbul üçün təşəkkürünü bildirmişdir




geriyə