Layihə və tikinti təşkilatları rəhbərlərinin nəzərinə!

28 yanvar 2014

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "Məsaməli betondan hazırlanmış inşaat materiallarının layihələndirmə və tikinti işlərində istifadə olunmasına dair Metodiki Tövsiyələr" təsdiq edilmişdir.

"Metodiki Tövsiyələr"də məsaməli betondan hazırlanan məmulatlar, onların konstruktiv xüsusiyyətləri bərədə ətraflı məlumatlar və tikinti işlərinin aparılması üzrə məsləhətlər verilmiş və layihə, tikinti, istismar təşkilatlarının mühəndis-texniki işçiləri və inşaat yönümlü tədris müəssisələrinin tələbələrinin istifadəsi üçün nəzərdə tutulmuşdur.

Marağı olan təşkilatlar adı çəkilən sənədi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutuna müraciət etməklə əldə edə bilərlər.




geriyə