Şirvanın şəhərsalma kadastrı işlənir

04 dekabr 2013

Dekabrın 3-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Şirvan şəhərinin şəhərsalma kadastrının hazırlanmasının gedişi müzakirə edilmişdir. 
Pilot layihəsinin əsas icraçısı "İntegris" MMC-nin cəlb etdiyi Litvanın "HNİT-BALTİK" QSC və "Vilniaus planas" Şirkətlərinin nümayəndələrinin verdiyi məlumatda işin birinci, ikinci və üçüncü mərhələlərinin əsasları diqqətə çatdırıldı və şərh edildi. 
Komitənin sədri Abbas Ələsgərov hazırlanmış sənədlərə və toplanmış materiallara müvafiq münasibət bildirərək, görüləcək bütün işlərdə yerli normativ hüquqi aktlara istinad edilməsinin vacibliyini tövsiyyə etdi




geriyə