Komitədə İtalyan Şirkətləri ilə görüş keçirilmişdir

22 noyabr 2013

Noyabrın 21-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov İtalyanın İqtisadi İnkişaf nazirinin keçmiş müavini cənab Adolfo Ursonun başçılıq etdiyi İtaliyanın layihələndirmə və tikinti şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətini Azərbaycanın İtalyadakı Səfirliyinin və İtalyanın Azərbaycandakı Səfirliyinin müraciətləri əsasında qəbul etmişdir. 
Səmimi qəbul üçün təşəkkür edən İtaliyalı qonaqlar Azərbaycanın, xüsusilə də Bakının çox inkişaf etdiyini və gözəlləşdiyini bildirərək İtalyan şirkətlərinin Azərbaycanda aparılan şəhər planlaşdırılması və tikinti-quruculuq işlərində yaxından iştirakına maraqlı olduqlarını qeyd etdilər və öz şirkətlərinin fəaliyyətləri haqqında danışdılar. 
Sonra çıxış edən Dövlətxan Dövlətxanov Komitənin yaranma tarixi, fəaliyyəti və gördüyü işlər haqqında qonaqlara ətraflı məlumat verdi və onları maraqlandıran sualları cavablandırdı.




geriyə