Fransalı memarlar Azərbaycana maraq göstərir

20 noyabr 2013

19 noyabr 2013-cü il tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Fransanın Azərbaycandakı səfiri cənab Paskal Mönyeni və "ARCHETYPE" Şirkətinin sədri cənab Fransua Maqniyeri qəbul 
etmişdir. 
Komitə sədri qonaqlara Azərbaycanda həyata keçirilən tikinti quruculuq işləri və ərazi planlaşdırması sahəsində görülən tədbirlər barədə ətraflı məlumat verdi. 
Görüş zamanı Azərbaycan və Fransanın ərazi planlaşdırılması sahəsində əməkdaşlıq edilməsi və bu sahənin subyektləri üçün müvafiq şərait yaradılması barədə müzakirələr aparılmışdır. 
Sədr qonaqları maraqlandıran digər məsələlərə də aydınlıq gətirdi.




geriyə