Dünya Bankının Azərbaycana marağı artmaqdadır

07 noyabr 2013

06 noyabr 2013-cü il tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Dünya Bankının sektor rəhbəri xanım Sumila Gulyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 
Cənab Abbas Ələsgərov qonaqlara Bakının memarlıq və şəhərsalma tarixi haqqında məlumat vermiş, onları Böyük Bakının Regional İnkişaf Planının mövcud vəziyyətilə tanış etmişdir. 
Söhbətin sonunda Komitənin sədri Dünya Bankı nümayəndələrinin suallarını cavablandırmış, onlarla gələcək planlar barədə müzakirələr etmişdir.




geriyə