Zaha Hadidin tələbələri Bakıda

05 noyabr 2013

Noyabrın 5-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov və komitəninin aidiyyatı mütəxissisləri ilə Vyana Tətbiqi İncəsənət Universitetinin professoru, dünya şöhrətli memar Zaha Hadidin rəhbərlik etdiyi memarlıq-dizayn qrupunun tələbələri arasında görüş keçirilmişdir.

Komitə sədri qonaqlara ölkəmizdə memarlığın və şəhərsalmanın vəziyyəti və inkişaf istiqamətləri barədə ətraflı məlumat vermiş və onları maraqlandıran sualları cavablandırmışdır.

Qonaqlar səmimi qəbul üçün minnətdarlıqlarını ifadə etmişlər.

 

 



geriyə