Şəhərsalma problemləri müzakirə olunur

29 iyul 2013

25 iyul 2013-cü il tarixdə Gəncə şəhərində "Ramada Plaza" otelinin "Kəpəz" konfrans zalında "Müasir şəraitdə şəhərin inkişaf istiqamətləri və imkanları" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirildi. 
Konfransın işində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Gəncə şəhər İcra Hakimiyyətinin, İqtisadi İnkişaf Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sənaye və Energetika Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Torpaq və Xəritəçəkmə Komitəsinin, "Azərenerji" Səhmdar Cəmiyyətinin, "Azərsu" ASC-nin, Milli Elmlər Akademiyasının, "Azərdövlətlayihə" DBL İnsitutunun, Türkiyənin "Ana-Kent" planlama, xəritə, və inşaat firmasının, "İntegris" MMC-nin, Daşkəsən, Şəmkir, Naftalan, Goranboy, Göygöl, Samux, Gədəbəy, Tovuz, və Qazax rayon icra hakimiyyətlərinin nümayəndələri və eləcə də Belarus və Moldova Respublikalarının nümayəndələri iştirak edirdi.




geriyə