Azərbaycan Respublikasının 3 tikinti və layihə təşkilatı beynəlxalq müsabiqənin qalibi olmuşdur

27 iyul 2015
MDB üzv dövlətlərinin İnşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurası tərəfindən 2014-cü ilin yekunları üzrə ən yaxşı tikinti və layihə təşkilatlarının X Beynəlxalq müsabiqəsi keçirilmişdir. Müsabiqənin nəticələrinə əsasən 44 tikinti və layihə təşkilatı qalib gəlmişdir ki, onlardan üçü Azərbaycan Respublikasından olan tikinti və layihə təşkilatlarıdır. 2014-cü ilin yekunları üzrə ən yaxşı tikinti təşkilatı X Beynəlxalq müsabiqəsinin qalibi diplomu ilə “AzVİRT” Məhdud Məsuliyyətli Cəmiyyəti, 2014-cü ilin yekunları üzrə ən yaxşı layihə təşkilatı X Beynəlxalq müsabiqəsinin qalibi diplomu ilə isə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu və Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu təltif olunmuşlar.


geriyə