Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsinə start verildi

15 aprel 2013

Aperlin 12-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq əmri ilə təsdiq edilmiş "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq İnşaat və Memarlıq Elmi-tədqiqat İnstitutunda ümummilli lider Heydər Əliyevin Xatirə Günü qeyd olunmuşdur.

Tədbiri giriş sözüylə açan İnstitutun direktoru Akif Qasımov bildirdi ki, Heydər Əliyev Azərbaycan tarixində mövcud olmuş ən görkəmli şəxslərdən biridir.

Akif Qasımov həmçinin qeyd etdi ki, Heydər Əliyev bütün sahələrə olduğu kimi memarlıq sahəsinə də xüsusi qayğıyla yanaşırdı və mühüm tikinti obyektlərinin tikintisinin təşkil olunmasında şəxsən iştirak edirdi. Fəaliyyət göstərdiyimiz bu İnstitut da onun təşəbbüsü ilə yaradılmışdır.

Tədbirdə çıxış edən İnstitutun əməkdaşları müasir Azərbaycan gəncliyinin inkişafı və ölkəmiz üçün savadlı, peşəkar mütəxəssislərin hazırlanmasında Heydər Əliyevin xidmətlərindən danışdılar.

Sonra Komitənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri, Komitə üzrə YAP ərazi təşkilatının sədri Cahangir Qocayev çıxış edərək vurğuladı ki, fəaliyyətinin hər bir sahəsində millilik olduğu üçün SSRİ-nin müttəfiq respublikalarının 1-ci katibləri arasında yalnız Heydər Əliyev öz xalqının ümummilli lideri səviyyəsinə qalxa bilmişdir. Onun böyüklüyü onda idi ki, o irəli gedərkən arxasındakı xalqın məsuliyyətini hiss edir və ona arxalanırdı. Heydər Əliyevin ölkəmiz üçün göstərmiş olduğu xidmətləri nəsillərdən nəsillərə ötürülməlidir və biz hər zaman belə bir liderimizin olduğu üçün fəxr etməliyik. Seçimində hər zaman doğru olan Heydər Əliyev özündən sonra davamçısı kimi İlham Əliyevi seçməsində də yanılmadı. Bu gün Heydər Əliyev siyasətinin davamçısı olan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan günü-gündən inkişaf edir və regionun lider dövləti olmaqla yanaşı mötəbər beynəlxalq təşkilatlarda öz layiqli yerini tutmuşdur.




geriyə