Şirvan şəhərinin şəhərsalma kadastrı hazırlanacaqdır

04 aprel 2013

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin büdcə vəsaiti hesabına Şirvan şəhərində Dövlət Şəhərsalma kadastrının yaradılması məqsədi ilə işlərin satınalınması üzrə keçirdiyi Açıq tenderin nəticələrinə əsasən iddiaçı təşkilatların arasından,"İnteqris" MMC-nin daxil olduğu konsorsium qalib elan edilmişdir.

Şirvan şəhərində Dövlət şəhərsalma kadastrının yaradılması üzrə işlərin aparılması ilə əlaqədar "İnteqris"MMC ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında 11 fevral 2013-ci il tarixində icra müddəti 30 ay olan müqavilə imzalanmışdır.

Martın 14-də görüləcək işlərin təşkili ilə bağlı Komitədə qalib təşkilat "İnteqris" MMC və onunla bir konsorsiumda iştirak edən Litva Respublikasının "HNİT-BALTİK" QSC və "Vilniaus planas" bələdiyyə müəssisəsinin aidiyyati nümayəndələri ilə işgüzar görüş keçirilmişdir




geriyə