İspaniyada və Sinqapurda arxitektura və dizayn həftəsi keçiriləcəkdir

02 aprel 2013

Azərbaycan Respublikasında fəaliyyət göstərən lisenziyalı layihə təşkilatlarının nəzərinə çatdırılır ki, Green Point İnternational (GPİ) Beynəlxalq Şirkətinin Ukraynadakı regional menecerindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron ünvanına daxil olan müvafiq məktubda bildirilir ki, 2013-cü ilin 22-28 aprel tarixlərində İspaniyanın Valensiya və Barselona şəhərlərində "İspaniyada arxitektura və dizayn həftəsi" və 2013-cü ilin 20-26 may tarixlərində isə Sinqapur şəhərində "Cənub-Şərqi Asiyanın arxitektura və dizaynı" adlı tədbirlər keçiriləcəkdir. Tədbirlər ödənişlidir. Bu sahəyə marağı olan şəxslər (əsasən layihəçilər) qeyd olunan tədbirlərdə iştirak etməyə dəvət olunurlar.

Keçiriləcək tədbirlərdə iştirak etmək istəyənlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əlavə məlumat və müvafiq Qeydiyyat Formasını əldə edə bilərlər. Telefon: 595-93-36

Birbaşa ətraflı məlumat əldə etmək istəyənlər isə http://www.greenpoint-int.com/ internet saytına müraciət edə bilərlər.




geriyə