Yeni normativ sənədlər təsdiq edilmişdir

17 yanvar 2013

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1 və 3.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"na və "Qanunvericilikdə nəzərdə tutulmuş normadan hündür hasarların inşasına yol verilən hallar"ına dair normativ hüquqi aktlar hazırlanaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2012-ci il 04 dekabr tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.




geriyə