Bolqarıstanlı diplomat Azərbaycanda şəhərsalma məsələlərinə maraq göstərir

24 oktyabr 2012

Oktyabrın 23-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Bolqarıstanın ölkəmizdəki səfiri Maya Xristovanı onun xahişi ilə qəbul etmişdir.

Qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı Bolqarıstanlı səfir digər sahələrdə olduğu kimi şəhərsalma sahəsində də informasiya və təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağına ümid bəslədiyini bildirdi.

Səfir bu günlərdə ölkəmizə səfər edəcək Bolqarıstanın Regional İnkişaf nazirinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsində şəhərsalma sahəsində görülən işlərlə tanış olmaq istəyini bildirdi və onun qəbul edilməsini xahiş etdi.

Səfirin xahişi qəbul olundu və ona Komitənin fəaliyyəti haqqında müvafiq məlumatlar verildi.




geriyə