Kütləvi informasiya vasitələrinin nəzərinə

16 oktyabr 2012

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə 17-20 oktyabr 2012-ci il tarixlərində Bakı şəhərində MDB üzv ölkələrinin İnşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökümətlərarası Şurasının XXXIV iclası keçiriləcəkdir.

İclasın proqramı çərçivəsində oktyabrın 17-də saat 1600-da Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət ediləcəkdir.

Oktyabrın 18-də səhər saat 1000-da "Park İnn" otelində Şuranın plenar iclasının açılışı olacaqdır.

İclasda MDB üzv ölkələrində şəhərsalma, tikinti, memarlıq və kommunal-təsərrüfat sahəsində mövcud problemlər və onların həlli yolları müzakirə ediləcəkdir.

İclasda marağı olan kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edə bilərlər.




geriyə