Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2012-ci ilin yanvar-iyun ayları üzrə hesabatı

23 iyul 2012

Əvvəlki dövrlərdə olduğu kimi 2012-ci ilin yanvar-iyun aylarında da Azərbaycan Respublikasında aparılan sosial-iqtisadi islahatlar ölkəmizin inkişafına öz müsbət təsirini göstərmişdir. Bu dövrdə ölkəmizin iqtisadi və sosial inkişafı tikinti, şəhərsalma və memarlıq sahələrinin geniş miqyaslı inkişafı ilə də sıx əlaqəli olmuşdur.

Bu inkişafın ən mühüm nümunələri regionların sosial-iqtisadi inkişafı və müvafiq sahələrin inkişafı üçün qəbul olunmuş Dövlət Proqramlarıdır ki, onların da əsas məqsədinin təmin olunması bu müddətdə həyata keçirilən tikinti-investisiya fəaliyyəti ilə sıx surətdə bağlıdır.

Şəhər və rayonların yenidən qurulması, abadlaşdırılması, tarixi-memarlıq binaların, muzey və mədəniyyət ocaqlarının təmiri və eləcədə şəhər və rayonlarımızın cəlbedici görkəm alması, orada müvafiq infrastrukturaların yaradılması ölkəmizin inkişaf göstəriciləri kimi qəbul edilir.

Təbii ki, bu ugurların qazanılmasında bütün dövlət hakimiyyəti orqanları kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də müvafiq xidmətləri olmuşdur.

Həmişəki kimi Komitə ölkə iqtisadiyyatının dayanaqlı və davamlı sosial-iqtisadi inkişafını təmin etmək üçün qəbul edilmiş Dövlət Proqramlarının və digər Milli Proqramların icrasında yaxından iştirak edir, respublika iqtisadiyyatının inkişafında öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görür və görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, digər aidiyyəti dövlət qrumlarına və Qeyri Hökumət Təşkilatlarına məlumat verir. Komitə eyni zamanda müxtəlif mərkəzi icra hakimiyyəti orqanları tərəfindən layihəsi işlənilən müxtəlif səpkili Proqramların hazırlanmasında da öz səlahiyyətləri üzrə aidiyyəti işlər görür.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 2012-ci ilin birinci yarımilliyi ərzində vətəndaşlardan 76 ədəd təklif, ərizə və şikayət xarakterli müraciətlər daxil olmuş, onlara aidiyyəti üzrə baxılmış və Komitənin səlahiyyətləri daxilində müvafiq tədbirlər görülmüşdür. Daxil olan müraciətlərin 5-i dövlət orqanları tərəfindən, 71-i isə birbaşa vətəndaşlar tərəfindən göndərilmişdir.

Vətəndaşların qəbulu qaydasına uygun olaraq 6 ay ərzində Komitə rəhbərliyi tərəfindən 10 nəfər vətəndaş qəbul edilmiş və onların müraciətlərinə qanunvericiliyin tələblərinə uygun olaraq baxılmışdır.

Azərbaycan Respublikasının Prezident Administrasiyasından və Nazirlər Kabinetindən Komitəyə müxtəlif səpkili 100 qanun, fərman, sərəncam və qərar daxil olmuşdur ki, onlara da aidiyyəti üzrə baxılmış, icrası ilə baglı müvafiq işlər görülmüşdür.

Eyni zamanda Azərbaycan Respublikasının Prezident Administrasiyasından, Milli Məclisdən və Nazirlər Kabinetindən Komitəyə 83 ədəd, Nazirlik, Komitə və digər qurumlardan 662 ədəd xidməti sənəd və 14 ədəd telefonoqram (faksoqram) daxil olmuşdur. Daxil olan bu xidməti sənədlərə də adiyyəti üzrə baxılmış və Komitənin səlahiyyətləri daxilində icra olunmuşdur. Komitədə 283 ədəd xidməti sənəd işlənib hazırlanmış və aidiyyəti üzrə təqdim olunmuşdur.

Komitənin fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə əlaqədar "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci və 29-cu maddələrinə əsasən Komitədə inzibati vəzifələrin altıncı təsnifatına uyğun olan vəzifələrin tutulması üçün dövlət qulluğuna vətəndaşların müsabiqə və müsahibə əsasında qəbul olunması davam etdirilmişdir.

Belə ki, elan edilmiş müsabiqə nəticəsində 2012-ci ilin birinci yarımilliyi ərzində Komitəyə 4 nəfər 1 il müddətinə stajçı kimi qulluğa qəbul edilərək müvafiq vəzifələrə təyin olunmuşdur.

2012-ci ilin birinci yarımilliyi ərzində Komitədə inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçularının iştirakını nəzərdə tutan daxili müsahibədən müvəffəqiyyətlə keçmiş 3 nəfər dövlət qulluqçusu sektor müdiri, 1 nəfər isə baş məsləhətçi vəzifələrinə irəli çəkilmişdir.

2012-ci ilin I yarımilliyi ərzində Komitənin 3 nəfər dövlət qulluqçusu qulluqda yüksəliş yolu ilə daha yüksək inzibati vəzifələrə təyin edilmiş, 2 nəfər işçi isə sınaq müddətinin bitməsi ilə əlaqədar daimi dövlət qulluğuna qəbul olunmuşdur.

Keçən dövr ərzində Komitəyə 7 nəfər işə qəbul olunmuş və 5 nəfər isə işdən azad edilmişdir.

2012-ci ilin I yarımilliyi ərzində Komitənin 4 nəfər dövlət qulluqçusu Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə "Dövlət qulluğunda fərqlənməyə görə" və 2 nəfər "Tərəqqi" medalları ilə təltif olunmuşdur, 6 nəfər dövlət qulluqçusuna isə daha yüksək növbəti ixtisas dərəcəsi verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında" 18.09.2008-ci il tarixli 217 nömrəli Qərarının icrası ilə əlaqədar olaraq şəhərsalma və layihələndirmə sahəsində normativ sənədlərin tənzimlənməsini həyata keçirmək məqsədilə yeni milli normativ sənədlərin işlənib hazırlanması və respublika ərazisində tətbiq edilməsi istiqamətində də işlər davam etdirilmişdir.

Azərbaycan Respublikası ərazisində tikinti üçün layihə işlərinin dəyərinin hesablanmasının təkmilləşdirilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən işlənib hazırlanmış aşağıda qeyd olunmuş normativ sənədlər 20 iyun 2012-ci il tarixdən Hüquqi Aktların Dövlət Reysterinə daxil edilmiş və 21 iyun 2012-ci il tarixdən Respublika ərazisində qüvvəyə minmişdir:

-"Tikinti üçün layihə işlərinə qiymətlər toplusunun tətbiqi üzrə ümumi göstərişlər;"

-"Tikinti üçün layihə işlərinə qiymətlər toplusu. Mülki və yaşayış binaları."

-"Tikinti üçün layihə işlərinə qiymətlər toplusu. Rayon planlaşdırılması. Yaşayış məskənlərinin planlaşdııılması və tikintisi."

5 normativ sənədin tərtibatı başa çatdırılaraq baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunmuşdur. Bunlar aşağıdakılardır:

-AzDTN 1.5-5 Tikinti üçün layihə sənədlərinin tərkibi, işlənilməsi, razılaşdırılması və təsdiqi Qaydaları.

-AzDTN 2.6-3 Şəhər və digər yaşayış məntəqələrində qırmızı xətlərin layihələndirilməsi və təyin edilməsi Qaydaları.

-AzDTN 2.7-2 "Yaşayış binaları".

-Günəş isti su təchizatı qurğuları. Layihələndirmə normaları.

-AzDTN "Bina və qurğuların qrunt əsasları".

Cari ilin sonuna kimi daha 23 normativ sənədin işlənib başa çatdırılması nəzərdə tutulmuşdur.

Ötən dövr ərzində Komitə eyni zamanda MDB ölkələri arsında tikinti sahəsində əməkdaşlıq çərçivəsində Dövlətlərarası Elmi-Texniki Komissiyanın işində də öz fəaliyyətini davam etdirmişdir.

Tikintidə normalaşdırma, standartlşdırma və uyğunluğun qiymətləndirilməsi üzrə Dövlətlərarası Elmi-Texniki Komissiya (TNDETK) tərəfindən Komitənin iştirakı ilə qəbul edilmiş 7 dövlətlərarası normativ sənəd təsdiqə hazırlanır və baxılmaq üçün Komitəyə təqdim olunmuş 35 dövlətlərarası sənədə respublikamızın xüsusiyyətləri nəzərə alınmaqla rəy verilmişdir.

Bununla əlaqədar 2012-ci ilin yanvar-iyun ayları ərzində normativ-hüquqi tənzimləmə sahəsində müvafiq elmi-tədqiqat işləri də görülmüşdür.

Belə ki, 2012-ci ilin birinci yarımilliyində Komitə tərəfindən "Mühəndis-seysmometrik stansiyaların istismarı, güclü külək və zəlzələ təsirindən müşahidə obyektlərində əmələ gələn proseslərin tədqiqi, alınmış nəticələrin bina və qurğuların zəlzələyədavamlılığının hesabatlarında tədbiqinə dair" (ümumi dəyəri 2012-ci il üçün 25,5 min manat) və "Bakı şəhəri ərazisi üzrə (Xətai və Nizami rayonları) mövcud mühəndis-geoloji materialların təhlili və layihələndirmədə tədbiqinə dair" (ümumi dəyəri 2012-ci il üçün 25,0 min manat) təkliflərin, həmçinin bir sıra normativ sənədlərin digər ölkələrin təcrübəsini nəzərə alaraq təhlili və yerli şəraitə uyğunlaşdırılaraq yeni redaksiyada işlənib hazırlanması üçün Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutuna (AzİMETİ) 129,5 min manatlıq sifariş verilmiş və aşağıdakı normativ sənədlərin hazırlanması üzrə işlərə başlanılmışdır:

Daş və armodaş konstruksiyalar;

Hidrotexniki qurğular. Əsas qaydalar;

İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi;

Yerli materiallardan seysmik rayonlarda tikinti;

Ümumtəhsil məktəbləri və məktəb-internatları.

Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Seysmoloji Xidmət Mərkəzi və Yaponiyanın "Cayka" Firması ilə Birgə Bakı şəhəri üçün seysmomik-rorayonlaşdırma xəritəsinin işlənməsinə dair müvafiq sənədlər hazırlanmış və Seysmoloji Xidmət Mərkəzinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılmış ölkənin iqtisadi rayonları üzrə "Məskunlaşmanın, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxemləri" hazırlanır.

Dövlət Proqramında nəzərdə tutulan Aran, Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkəran iqtisadi rayonları üzrə ( kodları 4.3.2.14; 4.3.4.7; 4.3.5.10; 4.3.8.6; 4.3.6.6.) "Məskunlaşmanın, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxemləri"nin hazırlanması üzrə işlər davam etdirilir.

2012-2013-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional planlaşdırma sxeminin işlənilməsi məqsədiləsə Komitə tərəfindən hal-hazırda açıq tender proseduru keçirilir.

2012-ci ilin birinci yarımilliyində beş layihə təşkilatı - "Azərmemarlayihə " DBLİ, "Azərdövlətlayihə"DBLİ, "Bakıdövlətlayihə", "Azıx" MMC və "Renesans Studio" MMC ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında bağlanmış müvafiq müqavilələr əsasında 6 şəhərin (Şəki, Gəncə, Sumqayıt, Xırdalan, Neftçala, Balakən) baş planları və Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsinin rəqəmsal informasiya bazasının (GİS) və 3D modelinin hazırlanması üzrə işlər davam etdirilmişdir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 12 sentyabr 2011-ci il tarixli 1710 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Şəki şəhərinin baş planının hazırlanması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu arasında müqavilə bağlanmışdır.

Şəki şəhərinin baş plan layihəsi "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutunda 2012-ci ilin birinci yarımilliyində tamamlanmış (smeta dəyəri 49.8 min manat) və Komitəyə təhvil verilmişdir. Şəki şəhərinin baş plan layihəsi razılaşdırmaq məqsədilə aidiyyatı təşkilatlara göndərilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi istisna olmaqla bütün təşkilatlarla razılaşdırılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən müvafiq rəy alındıqdan sonra Şəki şəhərinin baş plan layihəsi təsdiq edilmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunacaqdır.

"Azıx" MMC və "Renesans Studio" MMC layihə təşkilatlarında işlənilən smeta dəyəri 171.1 min manat olan Neftçala şəhəri üzrə 17,1 min manat və smeta dəyəri 179.9 min manat olan Balakən şəhəri üzrə 53,8 min manat həcmində iş görülmüşdür və bu şəhərlərin baş planlarının 2013-cü ildə tamamlanması nəzərdə tutulmuşdur.

"Bakıdövlətlayihə" institutu ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında 23.12.2011 il tarixində bağlanmış müvafiq müqavilə əsasında smeta dəyəri 395.0 min manat olan Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşma layihəsinin rəqəmsal informasiya bazasının (GİZ) və 3D modelinin hazırlanması üzrə işlər başa çatdırılmışdır.

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Böyük Bakının Regional İnkişaf Planı"( kod 4.2.29.) layihəsi üzərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İcra Qrupu tərəfindən işlər davam etdirilir. Belə ki, layihənin bütün komponentləri üzrə icraçılar müəyyən edilmiş, layihənin Koordinatoru Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihənin hazırlanması ilə bağlı ilkin məlumatların toplanması və mövcud vəziyyətin araşdırılması işləri tamamlanmaq üzrədir.

Dövlət Şəhərsalma və Arxitektura Komiəsi 10 aprel 2012-ci il tarixində "Ətraf Mühitin Strateji Qiymətləndirmə" bölməsi üzrə İspaniyanın Eptisa və yerli partnyor HMC (Hidrometconsulting) şirkətlər konsorsiumu ilə müqavilə bağlayıb. Eptisa-HMC konsorsiumu BBRİP layihəsi ilə bağlı işlərə başlayıb və birinci mərhələ olan mövcud vəziyyət haqqında müvafiq işlər aparılmışdır.

"Böyük Bakının Rəqabətlilik və Yerli İqtisadi İnkişafı" üzrə beynəlxalq məsləhətçisi xanım Kaya Miller ilə may ayında Bakı şəhərinin əksər maraqlı qurumların və təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilmişdir. 10 iyul 2012-ci il tarixinə qədər regionun mövcud iqtisadi vəziyyəti haqqında hesabat Komitəyə təqdim ediləcəkdir.

Layihənin Şəhər və Regional Planlaşdırma üzrə məsləhətçisi 2-ci rübdə mövcud vəziyyət haqqında toplanmış məlumatları araşdırıb, 15 iyul 2012-ci il tarixinə qədər Komitəyə layihənin birinci mərhələsinin hesabatını təqdim edəcəkdir.

"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2007-ci il tarixli 650 nömrəli Fərmanının 2-ci bəndinin icrası olaraq "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi" fəaliyyət növü ilə məşğul olmaq üçün 2012-ci ilin 6 ayı ərzində 11 hüquqi və 2 fiziki şəxsə xüsusi razılıq (lisenziya) verilmişdir.

"Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2007-ci il tarixli 624 saylı Fərmanının 4-cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 21 may tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları"nın tələblərini təmin etmək məqsədi ilə Komitənin əməkdaşları tərəfindən cari ilin birinci yarimilliyi ərzində Lənkəran, Gəncə, Yevlax, Mingəçevir və Şəki şəhərlərində, Astara, Daşkəsən, Yardımlı, Quba, Qusar, Xaçmaz, Masallı, Cəlilabad, Biləsuvar, Beyləqan, İmişli, Oğuz və Qəbələ rayonlarında müvafiq araşdırmalar aparılmış və aşkarlanmış nöqsanların aradan qaldırılması üçün yerli memarlıq xidmətlərinə "Tapşırıq"lar verilmişdir. Şəhərsalma fəaliyyəti zamanı inzibati xətaya yol verdiklərinə görə Yevlax və Mingəçevir şəhərlərinin Baş memarları barəsində "Protokol" tərtib olunaraq hər birinin 1500 AZN məbləğində cərimə olunması üçün müvafiq "Qərar" qəbul edilmişdir.

Hesabat dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2009-cu il tarixli, 84 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 4.4 və 4.6 bəndlərinə uyğun olaraq Komitəyə 24 obyektin memarlıq-planlaşdırma həllərinə münasibət bildirilməsi və rəy verilməsi üçün müraciətlər olmuşdur. Onlardan 13-nə müsbət, 11-nə isə mənfi rəy verilmişdir.

Dövlət orqanlarının elektron xidmətlər göstərməsi sahəsində də Komitədə xeyli işlər görülmüşdür.

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2011-ci il tarixli 147 s nömrəli Sərəncamının icrası ilə əlaqədar müvafiq işlər davam etdirilir.

Belə ki, Komitənin rəsmi arxkom@gov.az saytında xüsusi elektron xidmət bölməsi yaradılmışdır.

Aidiyyəti üzrə göstərilən xidmətin adı (Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi və fiziki şəxslərə xüsusi razılıq (lisenziya) verilməsi), bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə, nümunələr və digər) elektron formaları elektron xidmət bölməsində yerləşdirilmişdir. Şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilmişdir.

Elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsi, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsi və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılması təmin edilmişdir.

Göstərilən elektron xidmət üzrə daxil olan və göndərilən bütün sənədlər Komitənin rəsmihttp://arxkom.gov.az/memar@arxkom.gov.az. elektron poçtu vasitəsilə həyata keçirilir.

Elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların təhlükəsizliyini təmin etmək üçün daxil olan ərizə və sənədlərin qəbul edilməsi məqsədilə xüsusi kompyuter ayrılmışdır. Bütün informasiyanın kompyuterin yaddaşında, kağız və elektron daşıyıcılarda saxlanılması nəzərdə tutulmuşdur. Bu işlərin yerinə yetirılməsi üçün məsul şəxs müəyyən edilmişdir.

Eyni zamanda bildiririk ki, göstərilən elektron xidmətin təşkili ilə bağlı Komitədə informasiya texnologiyaları həllərinin, o cümlədən məlumat sistemləri, reyestrlər və digər informasiya resurslarının tədbiqinə 2012-2013-cü illər üçün tələb olunan vəsait barədə məlumat Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edilmişdir.

Komitənin sədri və elektron xidmətlər reyestrinə giriş imkanı üçün Komitənin səlahiyyətli nümayəndəsi elektron imza ilə təmin edilmişlər.

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarının icrası ilə əlaqədar göstərilən elektron xidmət üzrə inzibatı reqlament elektron xidmət bölməsində yerləşdirilmiş və elektron xidmət "Elektron Xidmətlər Reyestri"nə salınmışdır.

Komitənin tabeliyində olan Bakı Dövlət Layihə İnstitutu hesabat dövrü ərzində 616,6 min manat, "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu 349,3 min manat və Azərbaycan İnşaat və Memarlıq Elmi-tədqiqat institutu isə 408,8 min manatlıq iş həcmi yerinə yetirmişlər.

Qeyd olunanlarla yanaşı bildiririk ki, Komitə cari ilin hesabat dövrü ərzində də beynəlxalq əlaqələr sahəsində əsasən MDB çərçivəsində fəaliyyətini davam etdirmişdir.

2012-ci ilin iyun ayında Komitənin əməkdaşları Minskidə keçirilən MDB dövlətlərinin Hökümətlərarası Şurasının İnşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şuranın növbəti XXXIII iclasında iştirak etmişlər.

Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə 2012-ci ilin payızında Bakı şəhərində keçiriləcək MDB üzv dövlətlərinin Hökümətlərarası Şurasının İnşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə növbəti XXXIV iclasına hazırlıqla baglı işlər davam etdirilir və müvafiq tədbirlər həyata keçirilir.




geriyə