Heç kim və heç nə unudulmur

08 may 2012

Mayın 8 də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Şuşanın işğalı, 9 may Qələbə günü və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar toplantı keçirildi. 


Toplantıdan əvvəl komitənin rəhbərliyi və əməkdaşları Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər.

Toplantını giriş sözüylə komitənin sədri Abbas Ələsgərov açdı. O dedi: Artıq bir neçə gündür ki, Azərbaycan dövlətinin qurucusuHeydər Əliyevin anadan olmsının növbəti ildönümü münasibətilə Respublikamızın hər yerində təntənəli tədbirlər keçirilir. Bununla əlaqədar bizim məhz bu gün tədbir keçirməyimiz də təsadüfi deyil. Çünki, bu gün Şuşanın işğalından artıq 20 il ötür və sabah faşızm üzərində qələbənin 67-ci ildönümü beynəlxalq səviyyədə qeyd edilir. Bu məsələlərin hər ikisində Heydər Əliyevlə bağlı məqamlar mövcuddur. Yəni Heydər Əliyev olmasaydı işğal olunmuş «Şuşa»ların sayı daha çox ola bilərdi. Heydər Əliyev olmasaydı 9 may Qələbə günü respublikamızda qeyd edilməyə bilərdi. Və nəhayət, Heydər Əliyev olmasaydı bugünki dövlət quruculuğu belə vüsət və surətlə davam etməzdi. Biz bu gün fəxrlə deyə bilərik ki, Heydər Əliyev irsini möhtərəm Prezidentimiz İlham Əliyevlayiqincə davam etdirir. Onun həm daxili, həm də xarici siyasəti hamımız tərəfindən Heydər Əliyevirsinin davamı kimi qiymətləndirilir. Bizim başlıca vəzifəmiz onu dəstəkləmək və ona yardımçı olmaqdır.

Sonra komitənin şöbə müdiri Cahangir Qocayev qeyd olunan məsələlər barədə geniş məruzə ilə çıxış etdi. O çıxışında Şuşanın işğalını doğuran səbəblərdən, alman faşizmi kimi erməni faşizminin üzərində də qələbənin baş verəcəyinin məntiqi əsaslarından, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin işğaldan qorunmasındakı fəaliyyətindən, müasir Azərbaycanın daxili və xarici siyasətinin Heydər Əliyevdüşüncəsinin davamı kimi həyata keçirilməsi taktikasından, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə lazımi siyasi iradə nümayiş etdirdiyindən və xalqın birliyi naminə ona dəstək verilməsinin vacibliyi haqqında ətraflı danışdı.

Müzakirələrdə çıxış edənlər gələcəyimiz naminə ümumxalq birliyin əvəzsiz olduğunu və bu sahədə əllərindən gələni edəcəklərini bildirdilər.




geriyə