Azərbaycanda yeni işıqlandırılma texnologiyalarına maraq artır

09 fevral 2012

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov fevralın 9-da Türkiyənin və Avropanın məşhur brendlərindən biri olan "Nova İşıqlandırma" Şirkətinin müvafiq müraciəti əsasında onun təmsilçilərini qəbul etmişdir.

Komitənin aidiyyatı işçilərinin də iştirak etdiyi görüşdə Şirkətin Baş direktoru Yakup Çağlar və Beynəlxalq meneceri Zəhra Talıbova yaxın vaxtlarda şirkətin Bakıda ofisinin açılması niyyətində olduqlarını bildirmiş və Şirkətin fəaliyyəti haqqında ətraflı məlumat vermişlər. Görüşdə Respublikamızda həyata keçirilən layihələndirilmə işlərində "Nova İşıqlandırma"nın texnologiyasından istifadə və əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Şirkətin imkanları barədə layihə təşkilatlarına müvafiq məlumatların verilməsi və şirkətin respublika mətbuatında şərhedici xarakterli xüsusi məqalə ilə çıxış etməsi məqsədəuyğun hesab edilmişdir.




geriyə