Şəhidlər unudulmur

19 yanvar 2012

Bu gün-yanvarın 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbiri Komitənin sədri Abbas Ələsgərov açmışdır. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Komitənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev 20 yanvar faciəsinin törədildiyi tarixi şərait, onun törədilməsinin səbəbləri və nəticələri barədə geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, 20 yanvar hadisələri təkcə hüzn günü yox həm də Azərbaycan xalqının mübarizlik əzmini əks etdirən qürur günü kimi qeyd edilməlidir. Eyni zamanda C.Qocayev 20 yanvar hadisələrinə ilk olaraq Azərbaycan xalqınınÜmummilli lideri Heydər Əliyev tərəfindən prinsipial münasibət bildirilməsini, qanlı cinayətin səbəblərinin araşdırılmasını və siyasi-hüquqi qiymət verilməsini, həmçinin Prezident İlham Əliyevtərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə görülən işlər barədə danışmışdır.

Daha sonra Komitənin digər əməkdaşları da 20 yanvar faciəsi və həmin faciədə canlarından keçmiş şəhidlər haqqında çıxış etmişdir.




geriyə