Bakı Olimpiya oyunlarına iddialıdır

10 yanvar 2012

10 yanvar 2012-ci il tarixdə Baş nazirin birinci müavini Yaqub Eyyubov və Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri Dövlət Şəhərsalma və Arxitektura Komitəsində olmuş və 2020-ci ildə Bakı şəhərində Olimpiya oyunlarının keçirilməsinin imkan və perspektivlərini Komitənin rəhbərliyi ilə müzakirə edilmişlər. Qonaqlara görülmüş işlər barədə məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Hazırlanacaq planlaşdırma layihələrində bu ideyanın parametrlərinin də nəzərə alınması məqsədəuyğun hesab edilmişdir.




geriyə