Yerlərdə şəhərsalmanın vəziyyəti qiymətləndirilir

05 yanvar 2012

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Şəki-Zaqatala zonasında səfərdədir. 
Səfərdə məqsəd şəhərsalma məsələləri ilə yerində tanış olmaq və müvafiq köməklik göstərməkdir. Üç gün davam edəcək səfər zamanı yerlərdəki mövcud vəziyyətin və inkişaf istiqamətlərinin yerli nümayəndələr və mütəxəssislərlə birlikdə müzakirə edilib qiymətləndirilməsi və optimal variantların müəyyənləşdirilməsi nəzərdə tutulur.




geriyə