Naftalan şəhərinin Baş planının layihəsi təsdiq olunmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir

12 avqust 2015

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında 2013-cü ildə işlənilməsinə başlanılmış Naftalan şəhərinin baş planı üzrə işlər artıq başa çatmışdır.

16 iyul 2015-ci il tarixdə Naftalan şəhərində ictimai müzakirəsi keçirilmiş Baş planın yekun layihəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 32.2.-ci maddəsinə uyğun olaraq təsdiq olunmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir.




geriyə